Hotel Dashtvend
 





Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

   

    

     Xidmətlərimiz

Hotelimizdə Avropa üslubunda olan 30 otaq vardır. Hoteldə daha 5 ikimərtəbəli kettec də vardır ki, buranın birinci mərtəbəsində böyük zal, mətbəx və vanna otaqları yerləşmişdir. İkinci mərtəbədə isə vanna otağı ilə yanaşı üç ikinəfərlik otaqlar da yerləşmişdir.

Dəştvənd hotelinin 7 hektarlıq ərazisi var. Hotelin ətrafında iki süni göl yaradılmışdır. Bu da, müştərilərimizin əyləncəsini səmərəli təşkil etmək və vaxtlarının mənalı keçirmələri üçündür. Göllərdə nadir quşlar və balıqlar vardır ki, bu da istirahət edənlərin bu göllərdə qayıq gəzintisinə çıxmaları və balıq tutmaları üçün nəzərdə tutulmuşdur.

"Dəştvənd" otelində 50 nəfərlik restoran, 60 nəfərlik antik üslubda qurulmuş barvardır. Hotelimizin mətbəxində müştərilərə müasir və qədim Qafqaz yeməkləri ilə yanaşı Avropa yeməkləri də təqdim olunur. Yeməklər, üçün Daşvənd hotelinin öz fermasında ekoloji təmiş şəraitdə bəslənən quşlar və digər iri və xırdabuynuzlu heyvanların məhsullarından istifadə edilir. .

Bütün otaqlar tam rahatlıq üçün hər növ adanlıqlarla təchiz olunmuşdur: kondisioner, sanitar qovşağı düş kabinası ilə, isti döşəmə, fen, telefon xətti, peyk antenalı televizor, Wi-Fi internet və s. Hoteldə müasir tələblərə uyğun qurulmuş sauna, hidromassaj qurğuları da vardır. Hotelin hovuzu və gözəl bağı vardır ki, bu da müştərilərimizin əyləncəsini səmərəli təşkil etmək üçündür. Hotelimizin qonaqları üçün Yardımlı şəlaləsinə, Xəzər çimərliklərinə, İstisu sanatoriyasına, Lənkəran və Astara şəhərlərinə, ərazidə olan meşələrə və bulaqlara mütəmadi gəzintilər təşkil edilir.

 


 

Ana səhifə l Hotel haqqında l Xidmətlər l Qalareyya l Əlaqə

Copyright © 2007. “Dəştvənd” - Otel və istirahət mərkəzi - Bütün Hüquqlar Qorunur